“Qalatasaray”da Muslera şoku

qalatasarayda-muslera-soku
Oxunma sayı: 4160

Türkiyə Super Liqasının 22-ci turunda "Trabzonspor"la oyunda (2:1) zədələnən "Qalatasaray"ın qapıçısı Fernando Musleranın durumu bəlli olub.

"Qafqazinfo" İstanbul klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, tibbi müayinədən keçən uruqvaylı qolkiper 1 aya yaxın müddətdə meydana çıxa bilməyəcək. Onun ayaq sümüyündə zədə var.

Xatırladaq ki, 36 yaşlı qapıçı matçın 85-ci dəqiqəsində zədələnmişdi.