Qanunsuz ov edən və əcnəbiləri ova çağıran şəxs cəzalandırıldı

qanunsuz-ov-eden-ve-ecnebileri-ova-cagiran-sexs-cezalandirildi
Oxunma sayı: 1521

Çöl ördəklərini qanunsuz ovlayan və onları nümayiş etdirərək əcnəbiləri ov etməyə çağıran şəxslə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırma aparılıb və həmin şəxsin İmişli şəhər sakini Razi Səmədov olduğu müəyyən edilib.

“Qafqazinfo” xəbər verir ki, bunu Xidmətin rəisi Hikmət Əlizadə bildirib.

Onun sözlərinə görə, faktla bağlı akt, protokol tərtib edilib və təqsirkar şəxs barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər hüquq-mühafizə orqanına göndəriləcək.