Qanunsuz ov edənlər cəzalandırıldı

Qanunsuz ov edənlər cəzalandırıldı
Oxunma sayı: 858

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı qanunsuz balıq ovlayan şəxslər saxlanılıb. 

Xidmət rəsmisi Bəhruz Məhəmmədov "Qafqazinfo"ya bildirib ki, araşdırma zamanı brakonyerlərin Astara rayon sakini Zülfü Süleymanov, Coşqun Dadaşov, Bakı şəhər sakini Akif Baxşıyev, Ağcabədi rayon sakini Rəhman Quliyev olduğu müəyyən edilib. Faktla bağlı akt, protokol tərtib olunub və təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb.

Eyni zamanda, ayrı-ayrı rayonların inzibati ərazisində ov etdiklərinə görə Lerik rayon sakini Əlizadə Sayılov, Neftçala rayon sakini Famil Mirzəyev, Ucar rayon sakini Xeyrəddin Məmmədov, Bakı şəhər sakinləri Babək Əliyev, Həşim Həsənov, Anar Alıyev, Əziz Əliyev, Qusar rayon sakinləri Şadlıq Saruxanov, İlqar Asanov, Sabirabad rayon sakini Tahir Muxtarov, Biləsuvar rayon sakini Mikayıl Əhmədov saxlanılıb və barələrində protokol tərtib edilərək cərimələnib.