Çempionlar Liqasının əsas mərhələsinin 8-ci turunda keçirilən “Benfika” – “Real” qarşılaşması futbolsevərlərə unudulmaz anlar yaşadıb.
“Qafqazinfo” xəbər verir ki, 6 qolun qeydə alındığı matç Portuqaliya təmsilçisinin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Görüşün ən dramatik məqamı isə əlavə olunmuş vaxtda yaşanıb. Matçın 90+8-ci dəqiqəsində “Benfika”nın qazandığı cərimə zərbəsi zamanı komandanın qapıçısı Anatoli Trubin də hücuma qoşularaq, “Real”ın cərimə meydançasına daxil olub.
Risk öz bəhrəsini verib. Ukraynalı qolkiper zərbəni dəqiq yerinə yetirərək, topu qapıdan keçirib və komandasına həlledici qolu qazandırıb. Bu qol “Benfika”nın turnirdə taleyini dəyişib.
Nəticədə Lissabon klubu top fərqini 2-yə yüksəldərək, “Marsel”i geridə qoyub və turnir cədvəlində 24-cü pilləni tutaraq, pley-off mərhələsinə vəsiqə qazanıb. “Marsel” isə 3 top fərqi ilə 25-ci yerdə qərarlaşıb və mübarizəni dayandırıb.
Son xəbərlər
Son Xəbərlər