“Qarabağ” xal itirdi

qarabag-xal-itirdi
Oxunma sayı: 1634

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 23-cü tura start verilib.

"Qafqazinfo" xəbər verir ki, turun açılış matçında “Səbail” lider “Qarabağ”ı qəbul edib.

Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Günün digər matçı isə “Sumqayıt”la “Qəbələ” arasında baş tutur.

Tura sabah keçiriləcək “Neftçi” – “Zirə” və “Keşlə” – “Sabah” oyunları ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası
23-cü tur
16 aprel

“Səbail” – “Qarabağ” 1:1
Qol: A.Yunanov, 38-pen – U.Matiç, 42.
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Rövşən Rəcəbov.
Bakı. “ASCO Arena”, 18:00.