“Tvente” ilə başlayan avrokubok macərası “Tvente”də dayandı - Video-Yenilənib

tvente-ile-baslayan-avrokubok-macerasi-tventede-dayandi
Oxunma sayı: 9899

“Qarabağ” bu gün UEFA Konfrans Liqasının pley-off mərhələsində cavab oyununa çıxacaq.

“Qafqazinfo” xəbər verir ki, Ağdam təmsilçisi Niderlandın “Tvente” komandasını qəbul edir. 

Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşmanı Norveçdən olan hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, komandalar arasında Niderlandda oynanılan ilk görüşdə “Qarabağ” 1:0 hesablı qələbə qazanıb.

Turu keçən komanda Liqa mərhələsinə yüksələcək. Mübarizəni uduzan komanda isə avrokuboklarla vidalaşacaq.

27 avqust

UEFA Konfrans Liqası

Pley-off mərhələsi, cavab oyunu

20:00. “Qarabağ” (Azərbaycan) – “Tvente” (Niderland)

Baş hakim: Rohit Saqqi (Norveç)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

İlk oyun - 1:0

***

Komandaların start heyətləri bəlli olub:

“Qarabağ”: 23. Martin Zlomisiçliç, 2. Mateus Silva, 55. Bədavi Hüseynov (k), 4. Bense Varkonyi, 5. Bruno Lanqa, 88. Samuel Lobato, 8. Marko Yankoviç, 20. Kadi Borges, 21. Aleksey Kaşuk, 7. Jali Muaddib, 22. Musa Qurbanlı

Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 99. Mateuş Koxalski, 9. Joni Montiel, 13. Bəhlul Mustafazadə, 18. Dani Bolt, 25. Cebrail Makreçkis, 32. Hikmət Cəbrayılzadə, 35. Pedro Bikalyo, 49. Əli Bəşirov

“Tvente”: 1 Lars Unnerştall, 38 Bruns, 43 Nistad, 3 Robin Pröpper (k), 28 Bart van Roy, 6 Ramiz Zeruki, 42 Veydmann, 27 Öryaseter, 11 Daan Rots, 19 Taha, 9 Vaut Veqhorst

Ehtiyat oyunçular: 16 Drommel, 22 Pasyer, 4 Kjölo, 7 Pyatsa, 12 Qilherme Peyşoto, 17 Torvaldsen, 20 Van den Belt, 24 Kurowski, 25 Venneqor of Hesselink, 26 Nagel, 29 Adelqard, 39 Meilink

***

Matç başladı.

***

Fasilə.

***

İkinci hissə başladı.

***

Kadi Borges 59-cu dəqiqədə hesabı açır. Ümumi hesab isə 2:0 təmsilçimizin xeyrinədir.

***

79-cu dəqiqədə Marko Pyatsa hesabı bərabərləşdirir. (Ümumi hesab 2:1)

***

90+2-ci dəqiqədə Maks Bryuns hesabı 2:1 edir. (Ümumi hesab 2:2)

***

Matç “Tvente”nin 2:1 hesablı qələbəsi ilə başa çatır. Ümumi hesab 2:2 olduğu üçün əlavə hissələr oynanılacaq.

***

Əlavə hissələr başladı.

***

Vaut Veqhorst 94-cu dəqiqədə hesabı 1:3 edir. Ümumi hesab 2:3-dür.

***

Marko Yankoviç 106-cı dəqiqədə ikinci sarı vərəqə alaraq meydanı tərk edir.

***

115-ci dəqiqədə Lukas Venneqor of Hesselink hesabı 1:4 edir. Ümumi hesab isə 2:4 edir.

Matç rəqibin 1:4 hesabı qələbəsi ilə başa çatır. Bununla da Enshede təmsilçisi UEFA KL-in liqa mərhələsinə yüksəlir