Qarabağda hərbi hissədə partlayış, iki erməni hərbçi öldü

qarabagda-herbi-hissede-partlayis-iki-ermeni-herbci-oldu
Oxunma sayı: 4851

Qarabağda hərbi hissələrin birində partlayış nəticəsində iki erməni hərbçi ölüb.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, insident dekabrın 1-də döyüş sursatlarının daşınması zamanı baş verib.

Hadisə nəticəsində 2001-ci il təvəllüdlü hərbi qulluqçular - Jirayr Matevosyan və Qeqam Ovannisyan həlak olublar.

Faktla bağlı araşdırma aparılır.