Qarabağı azad edib bu uşaqlara verək... - Fotosessiya

qarabagi-azad-edib-bu-usaqlara-verek
Oxunma sayı: 10433

30 il öncə uşaq ikən məcburi köçkün düşənlərin indi Qarabağ həqiqətlərini dilə gətirəcək yaşda olan uşaqları var.

Həqiqətən də Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll olunması üçün xeyli gözləmişikmiş...

Biz barbar, qan tökən, vəhşi millət deyilik axı... .

Amma nədənsə beynəlxalq təşkilatlar, bir sıra aparıcı dövlətlər başımıza gətirilən müsibətləri, doğma yurdumuzun işğal edilməsini görə-görə, bilə-bilə susdular. Bəs bu gün nə baş verir?

Azərbaycan öz torpaqlarında işğalçılara qarşı mübarizə aparır. Və həmin o aparıcı dövlətlər, Dağlıq Qarabağda yeyib-içmək məclisi təşkil edənlər deyir ki, atəşi kəsin-filan.

Niyə? Atəşi kəsək ki, indi fotolarını təqdim edəcəyimiz cəbhə bölgəsində məskunlaşan məcburi köçkün uşaqlarının da körpələri gələcəkdə Qarabağ həsrəti çəksin? 30 ilə yaxın dünya birliyi bizə qarşı bu ədalətsizliyə necə dözübsə, bir az da, gözləsin... Qarabağı geri alıb bu uşaqlara verək...

“Qafqazinfo”nun cəbhə bölgəsinə ezam olunmuş əməkdaşlarının lentə aldığı fotoları təqdim edirik:

Emin Səfərov

Fotolar: Pərvin Zeynal