““Qarabağ”ın hədəfləri yüksəklərdə olmaqdır” - Müsahibə

qarabagin-hedefleri-yukseklerde-olmaqdir-musahibe
Oxunma sayı: 678

- Premyer Liqanın XII tur çərçivəsində AZAL klubu ilə qarşılaşmadan öncə nə deyə bilərsiniz?
- AZAL ciddi rəqibdir. Biz 6:2 hesabı ilə məğlub olmağımızı hələ də unutmamışıq. Ona görə də bu oyuna ciddi hazırlaşmışıq. İstəyirik ki, bu oyunda qələbə qazanaq.

- Etiraf edək ki, “Qarabağ”da zədəli futbolçuların olması müdafiə xəttində boşluqlara gətirib çıxarıb.
- Əlbəttə, hazırda müdafiə xəttində zəiflik var. Bizim 3 yaxşı oyunçumuz bu oyunda forma geyinə bilməyəcək. Xüsusilə də kapitanımız Rəşad Sadıqovun zədəli olması klub üçün itkidir. Həmçinin Ansi Aqollinin də zədəli olması oyunlara təsir edir. Ancaq mən inanıram ki, onların yerində oynayanlar bu boşluğu doldura biləcək.

- Turnir cədvəlində AZAL hazırda 16 xala sahibdir. Yəni bu klubu birincilikdən yalnız 3 xal ayırır. Necə düşünürsən, sənə elə gəlmirmi AZAL qələbəyə daha çox can atıb bu 3 xalı hesabına yazdırmağa çalışacaq?
- Bizim də 14 xalımız var. Biz çempionluğa oynayan komandayıq. “Qarabağ”ın hədəfləri yalnız budur. Bizm hədəfimiz yüksəklərdə olmaqdır.

- Millinin heyətinə dəvət alanlar sırasında sən də varsan. Şimali İrlandiya oyunu ilə bağlı nələr düşünürsən?
- İndidən bu suala cavab vermək çətindir. Çünki hazırda mən yalnız “Qarabağ”ın heyətində “AZAL” ilə oyuna hazırlaşıram. Düşünürəm ki, millidə oynayan bütün “Qarabağ”ın futbolçuları, eləcə də digər klubların futbolçuları belə edir. Çünki “Qarabağ” Liqanın son oyunlarında qələbə qazana bilmir. Bunun üçün də biz hazırda qələbə üçün çalışırıq. Bundan sonra millinin oyunları barədə düşünəcəyik.

- Berti Foqts komandanı əsasən müdafiədə oynadır. Bir hücumçu kimi, baş məşqçinin bu taktikası sizə özünüzü göstərməyə mane olmur ki?
- Əlbəttə. Biz hücuma çox da keçmirik. Baş məşqçi bizə hansı oyun taktikasını göstəririsə, biz də elə oynayırıq. O, ki qaldı, hücuma, hər klubun öz oyun üslubu var. Biz Portuqaliya, Rusiya ilə hücuma meyilli oynaya bilmərik. Hər qarşılaşmanın bir oyun qaydası var.

Sevinc Mənsimli