“Qarabağ”ın ilk transferi

qarabagin-ilk-transferi
Oxunma sayı: 640

“Qafqazinfo”nun verdiyi məlumata görə, Ağdam təmsilçisi Elnur Abdulovu heyətinə qatıb. 1992-ci il təvəllüdlü futbolçuyla 2 illik müqavilə imzalanıb. Elnur klubun rəsmi saytına verdiyi açıqlmada transferindən danışıb: “Düzdür, çoxları mənim başqa iddialı klublara keçəcəyimi gözləyirdi. Amma mən “Qarabağ”ı üstün tutdum. Qurban Qurbanovla görüşümüz oldu. Mənə inandığını bildirdi. Bu il Avrokuboklarda oynamayacağıq. Amma inanıram ki, gələn mövsüm bunu artıqlamasıyla bacarmalıyıq. “Qarabağ” yerli futbolçulara daha çox inanır. Bu da mənim üçün bir şansdı. İnanıram ki, yeni komandamın uğurlarında pay sahibi olacam”.

Qeyd edək ki, Elnur Abdulov ötən mövsüm “İnter”in şərəfini qoruyub.

Ceyhun Əhmədov