“Qarabağ”ın sabiq futbolçusu karantinə alındı

“Qarabağ”ın sabiq futbolçusu karantinə alındı
Oxunma sayı: 1355

Çinin “Xançjou Qrintaun” klubunda çıxış edən “Qarabağ”ın sabiq futbolçusu Dino Ndlovu karantinə alınıb.

 “Qafqazinfo” “Times Live” nəşrinə xəbər verir ki, cənubi afrikalı hücumçu Çində koronavirus yayılmağa başlayanda ölkəsinə qayıdıb. Çinə geri dönən futbolçu karantinə alındığını deyib:
 
“Təhlükəsiz şəkildə gəldim və 14 günlük karantindəyəm. Hava limanında bir anketdən keçdim. Burada hamı maskalı idi, insanların çoxu əlcək taxır. Artıq Çində koronavirusun qarşısını almağın yollarını öyrəniblər.  Yaxın vaxtda komanda ilə məşqə başlayacağam”.
 
Dino Ndlovu 2016-2018-ci illərdə “Qarabağ”da çıxış edib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi