“Qarabağ”ın üç futbolçusu “Neftçi” ilə oyunu buraxacaq

qarabagin-uc-futbolcusu-neftci-ile-oyunu-buraxacaq
Oxunma sayı: 1796

"Qarabağ" səfərdə "Neftçi"yə qarşı keçirəcəyi matça ciddi itkilərlə çıxacaq.

“Qafqazinfo” xəbər verir ki, "köhlən atlar"ın heyətində zədəlilər - Şahruddin Məhəmmədəliyev və Xayme Romero ilə yanaşı, Patrik Andrade də oynaya bilməyəcək. Sarı vərəqə limitini dolduran 29 yaşlı kabo-verdeli yarımmüdafiəçi cəzalı olduğu üçün bu oyunu buraxacaq.

"Neftçi"də isə əvəzedici heyətə göndərilmiş Mirabdulla Abbasov və zədəli Aqil Məmmədovu nəzərə almasaq, heç bir itki yoxdur.

Qeyd edək ki, fevralın 7-də "Bakcell Arena"da keçiriləcək "Neftçi"-"Qarabağ" matçı saat 19:00-da başlayacaq.