Qaradağda iftar süfrəsi verildi - Fotolar

qaradagda-iftar-sufresi-verildi
Oxunma sayı: 1560

08 aprel 2024-cü il tarixində Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən iftar süfrəsi verilib.

“Qafqazinfo” xəbər verir ki, iftar süfrəsində şəhid ailələrinin üzvləri, qazilər, veteranlar, millət vəkilləri, YAP Qaradağ rayon təşkilatının sədri, rayonun idarə və müəssisə rəhbərləri, dindarlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi yad edilib.

Mərasimdə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Nadir Muradov iftar süfrəsində iştirak edənləri salamlayaraq qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibəti ilə təbrik etdi. Azərbaycanda açılan iftar süfrələrinin tolerantlıq nümunəsi olduğunu vurğulayıb. Azərbaycanın ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhidlərin ailələrinə, o cümlədən müharibə əlillərinə dövlət tərəfindən böyük diqqət və qayğı göstərildiyini bildirib. Qeyd edib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən biri də məhz şəhid ailələrinin, müharibə veteranlarının, əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunmasıdır. Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların yaxınlarına bir daha başsağlığı verib, səbr diləyib. 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının şanlı Zəfər tarixi olduğunu bildirib. Bu tarixin Azərbaycan əsgərinin qanı, canı bahasına əldə edildiyini vurğulayıb.

İftar mərasimində Lökbatan qəsəbə məscidinin imamı Hacı Faiq Əhmədov Qurani-Kərimdən ayələr və Ramazan duası oxuyub. İmam müqəddəs kitabımız olan “Qurani Kərim”in bizə nazil olduğu bu ayın fəzilətindən danışıb.

İftar süfrəsi zamanı şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Müqəddəs Ramazan ayı boyunca rayonun digər qəsəbələrində də iftar süfrələri açılıb.