Qardağ rayonu Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində Qaradağ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlişinin 56-cı ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, millət vəkili, tarix elmləri doktoru, professor Anar İsgəndərov, millət vəkilləri Aydın Hüseynov, Zaur Şükürov, Səbinə Xasayeva, rayon icra hakimiyyəti başçısı yanında Şura üzvləri, YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, rayon icra hakimiyyəti başçısı aparatının şöbə müdirləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Öncə tədbir iştirakçıları Ulu Öndərin abidəsi önünə güllər düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildiriblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin sədaları ilə başlayıb.
Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş qısa videoçarx nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov 1969-cu il iyulun 14-də Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi barədə danışıb.
Müasir Azərbaycan tarixinin dönüş mərhələsini təşkil edən bu tarixin Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi böyük bir dövrün başlanğıcı olduğunu nəzərə çatdıran natiq ümummilli liderin Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi seçilməsi ilə Azərbaycanın gələcək inkişafının fundamental strateji istiqamətlərinin müəyyənləşdirildiyini, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə ölkəmizdə yeni yüksəliş mərhələsinin başladığını qeyd edib.
Çıxış edən professor Anar İsgəndərov qeyd etdi ki, bu gün Azərbaycanda həyata keçirilən böyük tədbirlər məhz Heydər Əliyevin ölməz ideyalarının əbədi olduğunu bir daha sübut edir.
Millət vəkilləri Aydın Hüseynov, Zaur Şükürov və Səbinə Xasayeva öz çıxışlarında ümummilli lider Heydər Əliyevin ali idarəçilik keyfiyyətlərini və liderlik xüsusiyyətlərini qeyd edərək, həmin dövrün Azərbaycanda intibah dövrü olduğunu bildiriblər.
Sonra YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev öz çıxışında bu gün bütün sahələrdə əldə edilən uğurların hər birinin qayəsində Ulu Öndərin ideyalarına söykəndiyini, Prezident İlham Əliyev tərəfindən davam etdirilən bu siyasətin bundan sonra da ölkəmizi daha böyük uğurlara aparacağını vurğulayıb.
Son xəbərlər
Son Xəbərlər