Qardaşının anaları haqqında çəkdirəcəyi sənədli filmə etiraz etdi

qardasinin-analari-haqqinda-cekdireceyi-senedli-filme-etiraz-etdi
Oxunma sayı: 859

Uels şahzadəsi Uilyam kiçik qardaşı şahzadə Harrinin və onun həyat yoldaşı Meqan Marklın anaları - şahzadə Diana haqqında sənədli film çəkmək planları ilə əlaqədar hüquqşünaslara müraciət etmək niyyətindədir.

“Qafqazinfo” “Radar Online” nəşrinə istinadən xəbər verir ki, insayderlər söhbətin “Netflix” platforması üçün nəzərdə tutulmuş layihədən getdiyini açıqlayıblar.

Sənədli filmin 2027-ci ildə, Diananın ölümünün 30-cu ildönümündə ekranlara çıxacağı planlaşdırılır. Məlumata görə, filmdə Diananın həyatı, media və monarxiya ilə münasibətləri, həmçinin ölümünün oğullarına təsiri haqqında danışılacaq.

Lakin insayderlər bu layihənin ideyasının Uilyamda kəskin mənfi reaksiya doğurduğunu iddia ediblər. Gələcək kral anası haqqında kommersiya kontentinin yaradılmasını narahatedici və hətta ikrahdoğurucu hal hesab edir. Uilyamı ən çox qəzəbləndirən isə layihədə Meqan Marklın iştirak etməsi ehtimalıdır. Belə ki, o bunu şəxsi sərhədlərin pozulması kimi qəbul edir.

Bununla belə, insayderlərin məlumatına görə, şahzadə Harri də fikrində qətiyyətlidir və bu ideyadan imtina etmək niyyətində deyil. O, əmindir ki, anasının hekayəsini saray və ya qardaşı ilə razılaşdırmadan danışmaq hüququ var: “Harri artıq uzun müddətdir hesab edir ki, onun anasının həyatını qorumalı olanlar işlərinin öhdəsindən layiqincə gələ bilməyiblər. O hesab edir ki, Diana şəfqət və dəstəyə ehtiyac duyduğu zaman kral ailəsi ona kömək edə bilmədi. Buna görə də, o, monarxiyanı anasının irsinin etibarlı qoruyucusu hesab etmir. Harri əmindir ki, anasının hekayəsi saray strukturlarından kənarda danışılmalıdır”.

Məsələyə əlavə gərginlik qatan məqam isə sənədli filmi “Netflix”in çəkməsidir. Belə ki, “Netflix”in daha əvvəl çəkdiyi “Tac” serialı kral ailəsinin nümayəndələri tərəfindən dəfələrlə tənqid edilib.

Nəşr qeyd edir ki, bu münaqişə qardaşlar arasında onsuz da pis olan münasibətləri daha da gərginləşdirə bilər.

Qeyd edək ki, şahzadə Harri və xanımı Meqan Markl 2020-ci ildə İngiltərə kral ailəsindən ayrılmaq barədə qərar veriblər. Cütlüyün bu qərarı 2021-ci ildə rəsmi olaraq qəbul edilib.