Qardaşına qalib gəlib çempion oldu - Yenilənib

qardasina-qalib-gelib-cempion-oldu
Oxunma sayı: 7456

Bakı İdman Sarayında keçirilən yunan-Roma güləşi üzrə Azərbaycan çempionatında nadir rast gəlinən maraqlı hadisə yaşanıb.

“Qafqazinfo” xəbər verir ki, yarışın 97 kq çəki dərəcəsində qızıl medal uğrunda həlledici görüşdə “Neftçi” İdman Klubunun üzvləri olan iki qardaş – Məhəmməd və Murad Əhmədiyevlər üz-üzə gələcəklər.

Bildirək ki, qardaşlardan Murad Əhmədiyev ötən ilin sentyabrında Zaqrebdə keçirilən dünya çempionatında erməni rəqibi, çoxqat dünya və Avropa çempionu Artur Aleksanyanı məğlub etmişdi. Məhəmməd Əhmədiyev isə U-23 yaş qrupu üzrə beynəlxalq turnirlərin mükafatçısıdır.

Qeyd edək ki, yanvarın 7-də start verilən sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatına ayın 11-də yekun vurulacaq.

***

Murad Əhmədiyev (97 kq) ardıcıl ikinci dəfə çempion olub.