“Qardaşlarımızın kədərini və üzüntüsünü paylaşırıq”

qardaslarimizin-kederini-ve-uzuntusunu-paylasiriq-
Oxunma sayı: 698

“Qafqazinfo” xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Hülusi Kılıc müsəlman ölkələrinin Azərbaycandakı səfirlərinin prezident İlham Əliyevlə keçirilən görüşündə çıxışı zamanı deyib. Səfir bildirib ki, müsəlman ölkəsinin nümayəndəsi kimi Azərbaycanın BMT Təhlükəsizlik Şurasına böyük dəstəklə üzv seçilməsi ona sonsuz qürur verir və bundan çox məmnundur: “Azərbaycanın humanitar sahədəki uğurlarının da miqyası çox böyükdür. Bu baxımdan Azərbaycan təmsilçilərinin “Eurovision-2011” mahnı müsabiqəsindəki parlaq qələbəsi bütün müsəlman dünyası üçün çox böyük hadisə olmuşdur. Bu ilin mayında “Eurovision–2012” mahnı müsabiqəsinin Bakıda səmimi qonaqpərvərlik və yüksək təşkilatçılıq ilə keçirilməsi müsəlman dünyasını çox sevindirdi. Həmçinin Azərbaycanın İslam ümmətinin zəngin mirasının yenidən canlandırılması, inkişaf etdirilməsi istiqamətində intensiv təşəbbüslərini də məmnuniyyətlə qeyd edirik. Bunun ən bariz nümunəsi Azərbaycanda hər il keçirilən Beynəlxalq Muğam müsabiqəsidir. İslam ümmətinin nümayəndələri olaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bütün acısını, əzabını, sıxıntısını yaşamış azərbaycanlı qardaşlarımızın kədərini və üzüntüsünü paylaşırıq. Müsəlman ölkələrinin Dağlıq Qarabağ münaqişəsinin BMT-nin müvafiq qətnamələrinin tətbiq edilməsi və beynəlxalq hüquq normaları çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü, bütün qaçqınların və məcburi köçkünlərin doğma torpaqlarına qayıtması şərti və sülh yolu ilə həllində Azərbaycanı dəstəkləməsi təqdirəlayiqdir”.