Qaribaşvili dekabrda istefa verəcək?

qaribasvili-dekabrda-istefa-verecek
Oxunma sayı: 1251

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilin sonuna qədər öz vəzifəsini tərk edə bilər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən müxalif “Formula” telekanalı yayıb.

İddialara görə, Qaribaşvili öz istefasını dekabr ayında elan edəcək və onun vida nitqi artıq yazılıb. O, öz nitqində bu vəzifədə öz missiyasını yerinə yetirdiyini bəyan edəcək.

Bildirilir ki, Qaribaşvilinin yerinə artıq iki namizəd də tapılıb. Onlar 44 yaşlı regional inkişaf və infrastruktur naziri İrakli Karseladze və Gürcüstan parlamentinin sədri Kaxa Kuçavadır.

Qeyd edək ki, bu, Qaribaşvilinin istefa verməsi ilə bağlı yayılan ilk belə məlumat deyil. Ölkənin Baş naziri sonuncu dəfə belə bir məlumatı oktyabr ayında təkzib etməli olmuşdu. Bu zaman istefa məlumatını “Pirveli” telekanalı yaymışdı.