Qattuzo təhqirə görə cərimələndi

qattuzo-tehqire-gore-cerimelendi
Oxunma sayı: 1046

İtaliyanın “Napoli” klubunun baş məşqçisi Cennaro Qattuzo cərimələnib.

"Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, 43 yaşlı mütəxəssis, A Seriyasının 10-cu turunun “Krotone” ilə matçı (4:0) zamanı təhqiredici ifadələr işlətdiyi üçün 3 min avro məbləğində cərimələnib. 

Qattuzo qarşılaşmada söyüş söydüyünü etiraf edib.