Qaxda ikimərtəbəli ev yandı - Fotolar

qaxda-ikimertebeli-ev-yandi
Oxunma sayı: 1230

Qaxda ikimərtəbəli ev yanıb.

“Qafqazinfo”nun məlumatına görə, yanğın hadisəsi bu gün axşam saatlarında rayonun Oncallı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini İsmayıl Rəsulzadəyə məxsus ümumi sahəsi 140 kvadratmetr olan ikimərtəbəli evin ikinci mərtəbəsi 70 kvadratmetr sahədə yanıb.

Birinci mərtəbə isə yanğından mühafizə olunub. Hadisə yerinə Qax Yanğından Mühafizə Hissəsinin üç yanğınsöndürən texnikası və şəxsi heyəti cəlb olunub.

Yanğının səbəbləri araşdırılır.

Mübariz Muradov