Qaydaları pozan 7 nəfər imtahandan xaric olunub

qaydalari-pozan-7-nefer-imtahandan-xaric-olunub
Oxunma sayı: 1248

Xəbər verdiyimiz kimi, 11-ci sinif şagirdləri üçün 2-3 iyul 2020-ci il tarixlərində keçirilmiş buraxılış (o cümlədən əvvəlki illərin məzunları üçün Naxçıvanda keçirilmiş qəbul) imtahanlarının nəticələri elan olunub. 

Dövlət İmtahan Mərkəzindən (DİM) "Qafqazinfo"ya verilən məlumata görə, bu imtahanlarda iştirakı nəzərdə tutulan 9 180 nəfərdən 353 nəfər imtahana gəlməyib. Qaydalarını pozduğu üçün 7 nəfər imtahandan xaric olunub və nəticələri ləğv edilib.

Qeyd edək ki, imtahanlarda şagirdlərə (abituriyentlərə) ana dili fənnindən 4 açıq və 26 qapalı, riyaziyyat fənnindən 4 açıq, 8 kodlaşdırılan açıq, 13 qapalı, xarici dil fənnindən 4 açıq və 26 qapalı tipli tapşırıq olmaqla ümumilikdə 85 tapşırıq təqdim olunub.