Qazaxda axundun azyaşlıya təcavüzü iddiaları ilə bağlı - Açıqlama

qazaxda-axundun-azyasliya-tecavuzu-iddialari-ile-bagli
Oxunma sayı: 3365

Qazax rayonunun axundunun rayon məscidində azyaşlı qıza təcavüz etməsi ilə bağlı iddia səsləndirilib. Bildirilib ki, rayon polis şöbəsində işə araşdırma aparılmadan xitam verilib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov "Qafqazinfo"ya açıqlamasında iddiaların əsassız olduğunu və böhtan xarakteri daşıdığını söyləyib:

“2016-cı ildə Qazax Rayon Polis Şöbəsinə rayonun sakini T.İ-nin İ.S. tərəfindən tez-tez zəng edilərək narahat edilməsi barədə məlumat daxil olub və müvafiq araşdırmalar aparılaraq məsələyə hüquqi qiymət verilib”.