Qazaxıstan sərhədçiləri 4 Azərbaycan vətəndaşını saxlayıb

qazaxistan-serhedcileri-4-azerbaycan-vetendasini-saxlayib
Oxunma sayı: 1173

“Bayda” tipli kiçik üzgüçülük gəmisində dövlət sərhədini qanunsuz olaraq keçən Azərbaycan Respublikasının dörd vətəndaşı Qazaxıstanın ərazi sularında Qazaxıstan sərhədçiləri tərəfindən saxlanılıb.

“Qafqazinfo”nun “sputnik Qazaxıstan”a istinadən verdiyi xəbərə görə, Xəzərin cənub-qərbini qanunsuz keçmə faktı yanvarın 22-nə keçən gecə qeydə alınıb.

Saxlanılan şəxslər barəsində dövlət sərhədini qəsdən qanunsuz olaraq keçmək maddəsi ilə istintaqa başlanılıb.

Məlumatda qeyd olunur ki, “Bayda” tipli gəmilər Xəzərdə nərə balığının qanunsuz ovlanması ilə məşğul olan brakonyerlər tərəfindən fəal istifadə olunur.