Qazaxıstanda MMA döyüşçüsü saxlanıldı

qazaxistanda-mma-doyuscusu-saxlanildi
Oxunma sayı: 2314

Qazaxıstanlı MMA döyüşçüsü Kuat Hamitov çevik polis qüvvələri tərəfindən saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Kuatın bacısı İnstaqram səhifəsində məlumat verib.

Hamitov etiraz aksiyalarına dəstək verməkdə ittiham olunur.

"Xahiş edirəm mənə kömək edin. İndicə qardaşım, idmançı Kuat Hamitovu evdən aparıblar. On çevik polis onu döydü, əllərini və ayaqlarını bağladı”, - deyə bacısı yazıb.