Qazaxıstanda neft-qaz yatağında partlayış - 2 ölü, 3 yaralı

qazaxistanda-neft-qaz-yataginda-partlayis
Oxunma sayı: 1607

Qazaxıstanda “Tengiz” neft-qaz yatağında partlayış baş verib.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, hadisə boruda keçirilən sınaq zamanı baş verib.

Partlayış nəticəsində 2 işçi həlak olub, daha 3 nəfər isə yaralanıb.