Qazaxıstanda onlarla etirazçı saxlanıldı - Fotolar

qazaxistanda-onlarla-etirazci-saxlanildi
Oxunma sayı: 1893

Almatı şəhərində polis onlarla etirazçını saxlayıb.

“Qafqazinfo”nun “Vlast” portalına istinadən məlumatına görə, bu gün “Astana” meydanında Qazaxıstanın Demokratik Partiyası fəallarının, eləcə də ekstremist “Qazaxıstanın Demokratik Seçimi” təşkilatının tərəfdarlarının mitinqi keçirilməli imiş.

Müxtəlif məlumatlara əsasən, ümumilikdə 50-dən 70-dək etirazçı saxlanılıb. Nəticədə meydana Demokratik Partiyanın yalnız kiçik qrupu gəlib çıxa bilib.