Qazaxıstanda “Plov Mərkəzi”ndə partlayış - Ölən və yaralananlar var-Video

qazaxistanda-plov-merkezinde-partlayis
Oxunma sayı: 422

Qazaxıstanın Şuçinsk şəhərində yerləşən “Plov Mərkəzi” adlı iaşə obyektində baş verən partlayış nəticəsində azı 7 nəfər həlak olub, daha 28 nəfər xəsarət alıb.

“Qafqazinfo” yerli mətbuata istinadən xəbər verir ki, yaralılardan 13 nəfəri xəstəxanaya yerləşdirilib.

Hadisənin qaz balonunun partlaması nəticəsində baş verdiyi ehtimal edilir. Yanğınsöndürənlər yanan binadan 8 qaz balonunu çıxarıb və 10-dan çox insanı xilas edib.

Faktla bağlı cinayət işi açılıb.