“Qazprom” bu ölkəyə qazın nəqlini dayandırdı

qazprom-bu-olkeye-qazin-neqlini-dayandirdi
Oxunma sayı: 7285

“Qazprom” bu gündən Bolqarıstana qaz nəqlini dayandıracaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Bolqarıstanın energetika nazirliyinin saytında bildirilir.

“Bu gün, aprelin 26-da “Bulgargaz”a “Qazprom Eksport” MMC-dən təbii qazın nəqlinin 27 aprel 2022-ci il tarixindən dayandırılacağı barədə bildiriş daxil olub”, - deyə  bildirilib.

Qeyd edək ki, mart ayında Bolqarıstan hakimiyyəti yanacağın pulunu rublla ödəmək niyyətində olmadıqlarını açıqlamışdı.