“Qəbələ” də 1/4 finala adladı

qebele-de-14-finala-adladi
Oxunma sayı: 1679

Azərbaycan Kubokunda 1/8 final mərhələsinin oyunları keçirilir.

“Qafqazinfo” xəbər verir ki, bu gün daha iki görüş baş tutub.

Günün ilk matçı “İrəvan”la “Araz-Naxçıvan” arasında keçirilib. 10 qolun vurulduğu bu matçda Muxtar Respublika təmsilçisi darmadağınla mərhələ adlayıb.

Digər qarşılaşma isə “İmişli” və “Qəbələ” komandaları arasında baş tutub. Qəbələnin eyniadlı təmsilçisi bu görüşün son dəqiqələrində vurulan yeganə qolla mərhələ adlayıb.

Daha öncə “Sabah” və “Sumqayıt” 1/4 finala vəsiqəni təmin ediblər.

Azərbaycan Kuboku

1/8 final

19 dekabr

“İrəvan” – “Araz-Naxçıvan” 2:8

Qollar: Vüsal Qənbərov, 16. Vüsal Əsgərov, 37 – Aksel Nqando, 24; 43; 45+4-pen. Orxan Əliyev, 25; 51. Miço Kuzmanoviç, 73. Elvis Maşike, 80; 83.

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Sevda Nuriyeva, İslam Məmmədov

“ASK Arena”, 13:00.

“İmişli” – “Qəbələ” 0:1

Qol: Mehrac Baxşalı, 90+3.

Hakimlər: Emin Əliyev, Pərvin Talıbov, Gülnurə Əkbərzadə, Səbuhi Bayramov

Qəbələ şəhər stadionu, 16:00.