Qəbələdə ağır qəza, ölən var

qebelede-agir-qeza-olen-var
Oxunma sayı: 1310

Qəbələdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Qafqazinfo" FHN-ə istinadən xəbər verir ki, rayonunun Savalan kəndində “Seat” və “VAZ” markalı iki minik avtomobili toqquşub.

Hadisə yerinə cəlb olunan Şimal-qərb Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri deformasiyaya uğrayan “VAZ” markalı avtomobildən 1981-ci il təvəllüdlü Nəsirov Xəqani Əlövsət oğlunun meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. ​