“Qəbələ”nin “Olimpiakos”la matçlarının vaxtı açıqlandı

qebelenin-olimpiakosla-matclarinin-vaxti-aciqlandi
Oxunma sayı: 1356

“Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandasının UEFA Gənclər Liqasının Çempionlar yolunun 2-ci mərhələsində keçirəcəyi oyunların vaxtı və yeri müəyyənləşib.

“Qafqazinfo” klubun rəsmi saytına istinadən xəbər verir ki, Yunanıstan təmsilçisi “Olimpiakos”a qarşı noyabrın 8-də keçiriləcək ilk matç Qəbələ şəhər stadionunda təşkil olunacaq. Görüş saat 16:00-da başlayacaq.

Cavab oyunu noyabrın 29-da Pireydə keçiriləcək. Matç “Olimpiakos” Məşq Mərkəzində olacaq. Yunanıstandakı qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 19:00-da veriləcək.

Xatırladaq ki, “Qəbələ” 1-ci mərhələdə Macarıstan təmsilçisi “Puşkaş Akademiya”nı mübarizədən kənarlaşdırıb – 1:1, 1:0.