Qədim Türk dövrünə aid 1300 illik heykəl tapıldı - Foto

Qədim Türk dövrünə aid 1300 illik heykəl tapıldı
Oxunma sayı: 2190

Qazaxıstanın cənubundakı Türküstan şəhərinə 250 kilometr məsafədə təxminən 1300 illik qədim Türk dönəminə aid daş heykəl tapılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Beynəlxalq Türk Akademiyası məlumat yayıb.

Heykəl Sırdərya çayının üzərindəki bir ərazidə bölgə sakini tərəfindən tapılıb. Abidə bundan əvvəl tapılanlarla müqayisədə, fərqli motivlərə sahibdir və bir metr hündürlükdədir.

Heykəldəki baş örtüyü və sırğa motivinə görə bunun bir qadına aid olması irəli sürülür.