Qəzada yaralanan piyada xəstəxanada öldü

qezada-yaralanan-piyada-xestexanada-oldu
Oxunma sayı: 1545

Xətai rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo” xəbər verir ki, qəza mayın 11-də saat 23 radələrində qeydə alınıb. 

Bakı şəhər sakini Z.İsayev idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolu keçən paytaxt sakini  Kifayət Vəliyevanı vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Xətai RPİ tərəfindən araşdırma aparılır.