Qəzaya düşən təyyarədə pilotların son sözləri - “Qara qutu” açılıb

qezaya-dusen-teyyarede-pilotlarin-son-sozleri
Oxunma sayı: 3822

Ötən həftə Qara dənizdə qəzaya düşən Tu-154 təyyarəsinin “qara qutu”su açılıb, pilotların son sözləri məlum olub.

Qafqazinfo” rus KİV-nə istinadən xəbər verir ki, ekspertlərin araşdırdığı səs yazılarında pilotların danışığı söyüşlə yarıda kəsilir. Təyyarənin düşdüyünü bildirən pilotlar “Qanadlar! Komandir, düşürük”,- deyirlər.

Xatırladaq ki, Rusiyadan Suriyaya uçan TU-154 təyyarəsi bazar günü Qara dənizdə qəzaya düşüb. Təyyarədə olan 92 sərnişin və heyət üzvləri həlak olublar.

Aysel Kərimova