Qəzaya uğrayan təyyarənin qalıqları ilə bağlı araşdırmalara başlanıldı

qezaya-ugrayan-teyyarenin-qaliqlari-ile-bagli-arasdirmalara-baslanildi
Oxunma sayı: 1536

Azərbaycan–Gürcüstan sərhədində qəzaya uğrayan hərbi yük təyyarəsinin qalıqları üzərində araşdırmalara başlanılıb.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yerli vaxtla saat 06:30-da axtarış-xilasetmə və qəza araşdırma qrupu Gürcüstan rəsmiləri ilə koordinasiyalı şəkildə araşdırmalara başlayıb.

Xatırladaq ki, ötən gün Gürcüstanda Türkiyə Silahlı Qüvvələrinə məxsus C-130 təyyarəsi qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 20 hərbçi həlak olub.