Qəzzada atəşkəsin müzakirəsi üçün dördtərəfli toplantı başlayıb - KİV

qezzada-ateskesin-muzakiresi-ucun-dordterefli-toplanti-baslayib
Oxunma sayı: 1129

Misirin paytaxtı Qahirədə Qətər, ABŞ və İsrailin iştirakı ilə Qəzza zolağında atəşkəs rejiminin müzakirəsi üçün planlaşdırılan dördtərəfli görüşün başladığı açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, “Qahirə əl-İxbariyyə” kanalına adı açıqlanmayan yüksək rütbəli Misir rəsmisi məsələ ilə bağlı məlumat verib.

Misir rəsmisi toplantıda Qəzzada saxlanılan israilli məhbusların azad edilməsi və İsrail həbsxanalarında olan fələstinlilərin azad edilməsi müqabilində bölgədə atəşkəsin müzakirə edildiyini qeyd edib.