Sankt-Peterburqda avtobusun çaya aşması nəticəsində ölənlərin sayı artdı - Video - Yenilənib

sankt-peterburqda-avtobusun-caya-asmasi-neticesinde-olenlerin-sayi-artdi
Oxunma sayı: 6558

Rusiyanın Sankt-Peterburq şəhərində sərnişin avtobusu körpüdən Moyka çayına aşıb.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, hadisə zamanı 1 nəfər həlak olub, daha 5 nəfər isə xəsarət alıb.

Ümumilikdə avtobusda 20 nəfərin olduğu bildirilir. Hazırda qəza yerində xilasetmə işləri davam etdirilir.

***

Qəza zamanı həlak olanların sayı 4 nəfərə çatıb. Daha 4 nəfərin isə vəziyyətinin ağır olduğu bildirilir. 

***

Hadisə nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.

Bu barədə İstintaq Komitəsinin mətbuat xidməti teleqram kanalında məlumat yayıb.