Qəzzada ölən və yaralananların sayı açıqlandı

qezzada-olen-ve-yaralananlarin-sayi-aciqlandi
Oxunma sayı: 1600

Oktyabrın 7-dən bu günə qədər Qəzza zolağında həlak olanların sayı 13300 nəfəri keçib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Qəzzadakı hökumət yayıb.

Ölənlərin 5600-ü uşaq, 3550-si isə qadındır.

Hücumlarda 201 həkim, tibb bacısı, təcili yardım işçisi və 60 jurnalist həlak olub. Yaralıların sayı 31 minə çatıb.