Qəzzada ölənlərin sayı 34 mini ötdü

qezzada-olenlerin-sayi-34-mini-otdu
Oxunma sayı: 794

Ötən ilin oktyabrından Qəzzada hərbi əməliyyatlar nəticəsində həlak olan sakinlərin sayı artıb.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı anklavın Səhiyyə Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, hücumlarda minlərlə uşaq və qadın olmaqla ölənlərin sayı 34 min 262 nəfərə çatıb.

Yaralıların sayının isə 77 minə çatdığı qeyd olunub.