Qəzzada qara cümə... - Nələr yaşandı?

qezzada-qara-cume
Oxunma sayı: 5514

Xəbər verdiyimiz kimi, 27 oktyabr axşam saatlarında İsrail Ordusu Qəzzanın şimalına kütləvi zərbələr endirib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu, oktyabrın 7-də müharibə başlayandan bəri ən şiddətli zərbə və Qəzzada yaşayanlar üçün ən qorxulu gecə olub.

Bəs, həmin gecə nələr yaşanıb?

Belə ki, zərbələr nəticəsində Qəzza ilə bütün kommunikasiya əlaqəsi kəsilib.

Nəticədə qurumlar və insanların dünyanın digər yerləri ilə olan bütün əlaqəsi qopub.

İlkin məlumata əsasən, zərbələr nəticəsində 100-dən çox insan həlak olub.

Qəzza Mülki Müdafiə Birliyi ərazidə yüzlərlə binanın dağıldığını bildirib.

Qəzzaya havadan, qurudan və dənizdən hücumlar olub

Nəticədə isə ərazidəki infrastrukturların böyük hissəsi dağılıb.