Qiyamət bir gün gecikdi

qiyamet-bir-gun-gecikdi
Oxunma sayı: 687

“Qafqazinfo” türk mətbuatına istinadən xəbər verir ki, bu gün – 21 dekabr 2012-ci ildə mayyalıların 5125 illik təqvimi sona çatıb.

Mayya mədəniyyətinin Meksikadakı qalıqları sayılan “Chichen İtza”da minlərlə insan təqvimin sona çatmağını gözləyib. Meksika Antropologiya İnstitutundan verilən açıqlamada bildirilib ki, qiyamət günü bazar gününə qədər gecikə bilər.

Qvatemalada Nobel mükafatlı Riqoberta Mencu da qiyamət gününün gecikəcəyini bildirib: “22 dekabra qədər gözləyin. Həmin gün mayyalıların dedikləri doğru çıxacaq. Qiyamət günü məhz həmin gün baş verəcək”.

Mayyalıların ruhani liderlərindən olan Alberto Arribalzaqa da maraqlı mülahizə irəli sürüb: “Qalaktikaya körpülər qurulub. Bu hadisə bizi tamamilə başqa bir yüksəkliyə aparacaq”.

Qeyd edək ki, son günlər dünyanın marağna səbəb olan qiyamət günü mayyalıların təqviminə görə bu gün yəni 21 dekabr 2012-ci ildə baş verməli idi.