“Qızıl qələm” mükafatının verilməsi dayandırıldı

qizil-qelem-mukafatinin-verilmesi-dayandirildi
Oxunma sayı: 1671

“Qızıl qələm” mükafatının verilməsi dayandırılıb. 

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Mətbuat Şurası məlumat yayıb. 

Bildirilib ki, vaxtilə cəmiyyətdə müəyyən nüfuz qazanmış, dəyərli qələm adamlarına verilib, Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı adlanan qurumun təsis etdiyi "Qızıl qələm" mükafatı son illər jurnalistikadan uzaq insanlara təqdim olunmaqla öz etibarını itirib, cəmiyyətdə haqlı narazılığa səbəb olub. 

Bundan sonra MŞ-nin tapşırığı ilə quruma faktiki rəhbərlik edən Ç.Qurbanoğlu Şuraya dəvət olunub, icraçı katibinin müavini İlqar Tağıyev Mətbuat Şurasının mövqeyini, irad və tövsiyələrini onun diqqətinə çatdırıb. 

Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı Rəyasət Heyətinin sədri Çingiz Qurbanoğlu da Azərbaycan Mətbuat Şurasına müraciət ünvanlayıb, MŞ-nin tövsiyələrini nəzərə alaraq, KİVİHİ Rəyasət Heyətinin qərarı ilə bu mükafatların təqdimatını dayandırdıqlarını bildirib.