“Qızıl qlobus”a namizədlərin adları bəlli oldu

“Qızıl qlobus”a namizədlərin adları bəlli oldu
Oxunma sayı: 730

“Qızıl qlobus”un saytında 77-ci mükafatın namizədlərinin adları açıqlanıb.

“Qafqazinfo”nun məlumatına görə, “Ən yaxşı dram” nominasiyasına Martin Skorsezin “İrlandiyalı”, Todd Fillipsin “Coker”, Noa Baumbakın “Nikah tarixçəsi”, Sem Mendesin “1917” və Fernand Meyrellişin “İki ata”sı namizəddir.

“Ən yaxşı komediya və ya müzikl” kateqoriyası üzrə qalib Kreyq Brüyerin “Mənim adım Dolemaytdır”, Tayk Vaytitinin “Dovşan Coco”, Rayan Consonun “Bıçaqları çıxarmaq”, Kventin Tarantinonun “Bir dəfə Hollivudda” və Dekster Fletçerin “Roketmen”i ola bilər. 

“Ən yaxşı animasiya filmi” nominasiyası uğrunda Kris Bak və Cennifer Linin “Soyuq ürək-2”, Din Debluanın “Əjdahanı necə əhliləşdirmək -3”, Con Favronun “Kral Şir”, Kris Batlerin “İtirilmiş bənd”, Coş Kulinin “Oyuncaqlar hekayəsi 4” filmləri mübarizə aparacaqlar.

Pon Çun Xo (“Parazitlər”), Sem Mendes (“1971”), Todd Filipps (“Coker”), Martin Skorsez (“İrlandiyalı”) və Kventin Tarantioni isə (Bir dəfə Hollivudda”) “Ən yaxşı rejissor” adına layiq görülə bilərlər. 

“Ən yaxşı ikinci plan aktyoru” nominasiyası isə “Bir dəfə Hollivudda” filmindəki roluna görə Bred Pitt, “İrlandiyalı” ekran işindəki rollarına görə Al Paçino və Co Peşi və ya “İki ata” adlı ekran işində Benedikt obrazını canlandıran Entoni Hopkinsə nəsib ola bilər.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi