Qızılcadan öldüyü deyilən tələbəyə pnevmoniya diaqnozu qoyulubmuş - TƏBİB

qizilcadan-olduyu-deyilen-telebeye-pnevmoniya-diaqnozu-qoyulubmus
Oxunma sayı: 4026

Xəbər verdiyimiz kimi, bu gün Cəlilabad sakini Sevil Cabbar qızı İbayevanın qızılca xəstəliyindən vəfat etməsi barədə xəbər yayılıb. 

“Qafqazinfo” xəbər verir ki, məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Bildirilib ki, 30.12.2023-cül il tarixində Sabirabad rayon sakini 31.10.2002-cü il təvəllüdlü (qadın) vətəndaş Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə ağır vəziyyətdə hospitalizasiya olunub:

“Ona dəqiqləşdirilməmiş pnevmoniya diaqnozu qoyulub. Pasiyentə zəruri tibbi yardım göstərilsə də, həkimlərin səylərinə baxmayaraq 04.01.2024-cü il tarixində saat 10:30 radələrində vəfat edib”.