Qafqaz Müsəlmanları İdarəsi Həcc ziyarəti ilə bağlı çağırış edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə QMİ-nin Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat yayıb.
O bildirib ki, Səudiyyə Ərəbistanı Həcc və Ümrə nazirliyinin dünyadakı bütün Həcc missiyalarından Həccə qeydiyyat prosedurlarının erkən bitirilməsini ciddi şəkildə tələb edir: “Belə ki, Ramazan ayının 1-ci günündən vizaların verilməsi prosesinə start veriləcək və ay yarım ərzində yekunlaşacaq. Ona görə Həccə niyyətli olan vətəndaşlarımızdan xahiş edirik ki, yubanmadan gəlib qeydiyyata alınsınlar. Kvotanın dolub-dolmamasınsan asılı olmayaraq sənədlərin qəbulu 15 fevral tarixində bitəcək”.
Son xəbərlər
Son Xəbərlər