Saatlıda intihar hadisəsi baş verib.
"Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Qıraqlı kəndində qeydə alınıb.
Belə ki, rayonun Mollavazlı kənd sakini, 1967-ci il təvəllüdlü Rövşən Baladayı oğlu Əliyev qonaq getdiyi evdə özünü asaraq intihar edib.
R.Əliyevin hansı səbəbdən intihar etməsi məlum deyil.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Tural Hüseynli
Son xəbərlər
Son Xəbərlər