Qonşu ölkələrdə koronavirusla bağlı vəziyyət necədir?

qonsu-olkelerde-koronavirusla-bagli-veziyyet-necedir
Oxunma sayı: 2220

Rusiyada son sutka ərzində daha 6 635 nəfərdə koronavirusa yoluxma faktının aşkarlanması ilə yoluxanların ümumi sayı 713 min 936-ya çatıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya hökumətinin koronavirusla mübarizə üzrə operativ qərargahının internet saytında açıqlama verilib. Bildirilib ki, ölkə üzrə aktiv koronavirus xəstələrinin sayı  213 min 851 nəfər təşkil edir.

Ötən gün ərzində xəstəlik səbəbindən daha 174 nəfərin həyatını itirməsi ilə ölüm hallarının sayı 11 017-yə çatıb. Ümumilikdə 489 068 pasiyent isə sağalaraq evinə buraxılıb.

Gürcüstanda sutka ərzində 5 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb.

Bu barədə Gürcüstanda koronavirusla mübarizə çərçivəsində yaradılmış “Stopcov.ge” internet portalında məlumat verilib. Bununla ölkə üzrə xəstəliyə yoluxanların sayı 973-ə çatıb. Xəstəlik səbəbindən 15 nəfər həyatını itirib, 846 nəfər isə sağalaraq evinə buraxılıb. Ölkədə 4 851 nəfər karantinə alınıb, 231 nəfər isə tibbi müşahidə altında saxlanılır.

Ermənistanda sutka ərzində daha 557 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb.

Bu barədə ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzin saytında məlumat verilib. Yoluxanların ümumi sayı 30 903-ə çatıb.

Xəstəlik səbəbindən həyatını itirənlərin sayı daha 11 nəfər artaraq 521-ya çatıb. Ümumilikdə 18 709  pasiyent müalicə olunaraq sağalıb, 11 471  xəstənin müalicəsi davam etdirilir.

Qeyd edək ki, Ermənistanda epidemiyaya görə martın 16-dan etibarən tətbiq olunan fövqəladə vəziyyət rejimi 13 iyula qədər uzadılıb.