Qonşusunu ov tüfəngi ilə öldürən saxlanıldı

qonsusunu-ov-tufengi-ile-olduren-saxlanildi
Oxunma sayı: 1115

Oğuz sakini qonşusunu ov tüfəngi ilə qətlə yetirib.

“Qafqazinfo” xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Kərimli kəndində baş verib.

Məlumata görə, rayonun Kərimli kənd sakini, 1965-ci il təvəllüdlü Abdullayev Elşən Firudin oğlu ov tüfəngi ilə güllələnərək öldürülüb.

Hadisə yerinə hüquq- mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Qətli törətməkdə şübhəli bilinən Zərqəm Məsimov saxlanılıb.

İnsidentin hansı səbəbdən baş verdiyi araşdırılır.

Mübariz Məmmədov