Qrossi Rusiya və Ukraynaya səfər edəcək

qrossi-rusiya-ve-ukraynaya-sefer-edecek
Oxunma sayı: 1393

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) rəhbəri Rafael Qrossi yaxın vaxtlarda Rusiya və Ukraynaya səfər etmək niyyətində olduğunu bildirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “RİA Novosti” yayıb.

“Biz Ukrayna və Rusiyaya səfər etməliyik. Bu kommunikasiya kanalını açıq saxlamalıyıq”, - o vurğulayıb.

Qeyd edək ki, Qrossi sonuncu dəfə Rusiyaya martın 5-də səfər edib.