Qubadlı peykdən belə görünür - Foto

Qubadlı peykdən belə görünür
Oxunma sayı: 4948

“Azərkosmos” Qubadlı şəhərinin işğaldan azad olunduqdan sonra “Azersky” peyki ilə çəkilmiş təsvirini yayıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, işğal altında qaldığı illərdə Qubadlı rayonunun qiymətli ağac növlərindən ibarət meşələri, böyük ehtiyata malik yeraltı sərvətləri, mineral maddələrlə zəngin su mənbələri erməni işğalçıları tərəfindən talan olunub.

Qubadlı rayonunun tarix muzeyində saxlanılan nadir eksponatlar ermənilər tərəfindən oğurlanmış və rayonun ərazisindəki IV-V əsrə aid "Gavur dərəsi"ndəki ibadətgah, "Qalalı" və "Göyqala" abidələri və XIV əsrə aid "Dəmirçilər Türbəsi", Hacı Bədəl körpüsü və digər tarixi abidələrə ziyan verilib.